İDMAN

26 İyul

İspaniya Avro qazandıqdan sonra FİFA reytinqində beş pillə yüksəlib

FİFA öz saytında milli komandaların yenilənmiş reytinq cədvəlini dərc edib.

Fins.az xəbər verir ki, Avro-2024-ün qalibi olan İspaniya yığması 5 pillə irəliləyib. İndi ispanlar reytinqdə üçüncü yeri tuturlar (1835,67 xal).

Hazırkı dünya çempionu, ötən həftə Amerika kubokunu qazanan argentinalılar (1901,48 xal) reytinqdə liderliyini qoruyub saxlayıb. İkinci yerdə Fransadır (1854,91). Milli komandaların ilk 10-luğuna həmçinin İngiltərə (1812,26; +1 yer), Braziliya (1785,61; -1), Belçika (1772,44; -3), Hollandiya (1758,51), Portuqaliya (1741, 43; -2), Kolumbiya (1727,32; +3) və İtaliya (1714,29).

Kaira Ağayeva 

Fins.az