DÜNYA

21 Avqust

Türkiyəli nazirdən xəbərdarlıq: Diqqətli, ehtiyatlı olmaq lazımdır

Türkiyə meşə yanğınlarının əksəriyyəti insan faktoru, o cümlədən diqqətsizliklə bağlıdır.

Finss.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı “24 TV”-nin efirində deyib.

O bildirib ki, statistikaya görə yanğınların 90 faizi ehtiyatsızlıqla bağlıdır: “Məsələn, manqal qalanması, insanların siqaret kötüklərini yerə atması və s. kimi hallar meşə yanğınlarına səbəb olur”.

Nazirin sözlərinə görə, sentyabrın 15-nə qədər xüsusilə kritik dövrdür: “Odur ki, diqqətli, ehtiyatlı olmaq lazımdır. Yanğınlara qarşı ancaq birgə səylər nəticəsində mübarizə aparmaq olar”.

Kaira Agayeva 

Finss.az