BAZAR

21 Avqust

Türkiyənin Rusiyaya xalça ixracı 24,3% azalıb

2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin Rusiyaya xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,3% azalaraq, 13,8 milyon dollara enib.

Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayımlayıb.

Nazirliyin məlumatına görə, cari ilin iyul ayında Türkiyə Rusiyaya 2,2 milyon dollar dəyərində xalça ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 10,4% artım deməkdir.

Ümumilikdə, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% artaraq, 1 milyard 605 milyon dollara çatıb. İyul ayında isə bu rəqəm 230 milyon dollar təşkil edib ki, bu da keçən ilin eyni ayı ilə müqayisədə 22,8% çoxdur.

Nazirlik qeyd edir ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 2 milyard 891 milyon dollar dəyərində xalça ixrac edib.

Fuad Mədətov
Finss.az