2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin Qırğızıstana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35,4% artaraq 50,4 milyon dollara çatıb.
Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayımlayıb.
Nazirliyin açıqlamasına görə, yalnız iyul ayında Türkiyənin Qırğızıstana mebel ixracı 8,9 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin iyul ayı ilə müqayisədə 55,6% artım deməkdir.
Ümumilikdə, 2024-cü ilin yanvar-iyul dövründə Türkiyənin dünya üzrə mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% azalaraq 4,504 milyard dolları ötüb. Bununla yanaşı, iyul ayında Türkiyənin qlobal bazarlara mebel ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 16,6% artaraq 707 milyon dollara çatıb.
Son 12 ay ərzində (iyul 2023 - iyul 2024) Türkiyə ümumilikdə 7,897 milyard dollar dəyərində mebel ixracı həyata keçirib.
Fuad Mədətov
Finss.az