"Avstraliya və İndoneziya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb."
Bunu Avstraliyanın baş naziri Entoni Albanese deyib.
Finss.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət 2012-ci il müdafiə paktının yenilənməsindən gedir. Avstraliya hakimiyyəti yeni sazişləri 2006-cı ilin noyabrında ikitərəfli təhlükəsizlik sazişinin bağlanmasından sonra ən mühüm strateji sənədlərdən biri hesab edir.
"Bu tarixi müqavilə iki ölkə üçün bir-birinin təhlükəsizliyini qorumaq məqsıdilə həyati bir təməl olacaq", - deyən Albanese, müqavilənin yaxın günlərdə rəsmi şəkildə imzalanmasının gözlənildiyini bildirib.
Kaira Agayeva
Finss.az