2024-cü ilin birinci yarısında işğaldan azad edilmiş rayonlarda 840 yeni iş yeri açılıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42% artım deməkdir. 2023-cü ilin ilk yarısında bu bölgələrdə 593 yeni iş yeri yaradılıb.
Finss.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin yanvar-iyun aylarında ən çox yeni iş yeri Laçın və Şuşa şəhərlərində açılıb. Laçında 299, Şuşada isə 232 yeni iş yeri fəaliyyətə başlayıb.
Hesabat dövründə işğaldan azad edilmiş rayonlarda 159 yeni müəssisə və təşkilat, eləcə də 1726 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Ötən ilin eyni dövrü ilə müqayisədə yeni müəssisə və təşkilatların sayı 90 vahid artıb, fərdi sahibkarların sayı isə 488 vahid artıb.
Aşağıdakı cədvəldə 2024-cü ilin ilk yarısında yaradılmış yeni iş yerlərinin, fərdi sahibkarlıq subyektlərinin və müəssisələrin sayı təqdim olunur.
Fuad Mədətov
Finss.az