SOSİUM

21 Avqust

Tunellərin və tuneldaxili yol elementlərinin təmizlənməsi işləridavam etdirilir - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yağan yağıntılar və intensiv hərəkət nəticəsində paytaxt ərazisində palçıq və toz basmış avtomobil tunelləri və tunel daxili yol elementlərinin xüsusi təyinatlı işçi heyəti tərəfindən təmizlənməsi işləri aparılır.

Finss.az  AAYDA-dan daxil olan rəsmi məlumata istinadən xəbər verir ki, hazırda bu çərçivədə təmizlik işləri  “Qələbə" meydanında (Atatürk prospektindən-Vaqif prospekti istiqamətində) yerləşən tunel tipli yol qovşağında aparılır.

Sözügedən işlər zamanı tunellərin giriş-çıxışları, məhəccərlər, yan divarları, tuneldaxili yol nişanları, işıq əksetdiricilər, əyrixətli dəmir tirlər və bardür hissələri xüsusi təyinatlı maşınlar və xüsusi təmizləyici məhlullar vasitəsi ilə təzyiqli su verilərək yuyulur.

Sadalanan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

Sürücülərdən xahiş olunur ki, iş aparılan ərazilərdə diqqətli olsunlar, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etsinlər.



Zemfira Ms
Finss.az