VAKANSİYA

21 Avqust

Daxili audit üzrə kiçik mütəxəssis - VAKANSİYA

"Avromed Company" QSC Daxili audit üzrə kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Təsvir:

  • Audit planı əsasında daxili audit yoxlamalarının həyata keçirilməsi;
  • Audit prosedurlarının həyata keçirilməsi (biznes proseslərin sahibləri ilə müsahibələrin keçirilməsi, audit obyektindən məlumatın toplanılması və təhlil edilməsi);
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə prosedurların effektivliyinin yoxlanılması;
  • Daxili nəzarət mühitinin qiymətləndirilməsinə aid tapşırıqların yerinə yetirilməsi;
  • Korporativ idarəetmənin və daxili nəzarət mühitinin qiymətləndirilməsilə bağlı testlərin aparılması və tapşırıqların yerinə yetirilməsi;
  • Şirkətdə risk idarə edilməsinin inkişafına aid təkliflərin irəli sürülməsi, o cümlədən risk təhlillərinin aparılması qaydasına rəy bildirilməsi.

Tələblər:

  • Təhsil: İqtisadiyyat üzrə;
  • Daxili audit, risklərin idarə edilməsi, daxili nəzarət, maliyyə, mühasibatlıq, audit və ya əlaqəli sahələrdə ən azı 1 il iş təcrübəsi;
  • ACCA (Minimum ACCA F3) kimi beynəlxalq sertifikatlardan hər hansı birinə sahib olmalı;
  • Dil bilikləri: İngilis və Rus dilinə üstünlük verilir;
  • Microsoft Office (Excel, Word) proqramlarında sərbəst/mükəmməl işləmək bacarığı;
  • Mühasibatlıq 1C və Power BI proqramında işləmək bacarığı üstünlükdür;
  • Komandada işləmə, stressə dayanıqlı və problem həll etmə bacarığına malik olan.

Müraciət üçün LİNKƏ daxil olun.