Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonu 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 93 birmərtəbəli fərdi yaşayış evlərinin tikintisinin satınalınması üzrə tender elan edir.
Finss.az xəbər verir ki, iştirak haqqı 2540 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Satınalan təşkilatın VÖEN-i: 1400305341
Satınalan təşkilatın ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Tbilisi prospekti, 57D
Ehtimal olunan qiymət: 16.933.335,63 AZN
Ətraflı məlumat üçün keçiddən istifadə edin.
Fuad Mədətov
Finss.az