BAZAR

21 Avqust

Türkiyənin Qazaxıstana avtomobil sənayesi məhsulları ixracı 39,5% azalıb

2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin Qazaxıstana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,5% azalaraq 67,9 milyon dollara bərabər olub.

Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayımlayıb.

Nazirliyin məlumatına görə, iyul ayında Türkiyənin Qazaxıstana avtomobil sənayesi məhsulları ixracı 10,4 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin iyul ayı ilə müqayisədə 13,4% azalma deməkdir.

Bununla yanaşı, 2024-cü ilin yanvar-iyul dövründə Türkiyənin dünya üzrə avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% artaraq 20,818 milyard dolları keçib. İyul ayında isə qlobal bazarlara ixrac 2023-cü ilin eyni ayına nisbətən 14,7% artaraq 3,123 milyard dollara çatıb.

Son 12 ay ərzində (iyul 2023 - iyul 2024) Türkiyə ümumilikdə 35,778 milyard dollar dəyərində avtomobil sənayesi məhsulları ixracı həyata keçirib.

Fuad Mədətov
Finss.az