DÜNYA

26 İyul

ABŞ-nin Balkan planı - "Maydan nəzəriyyəsi"nin bölgədə tətbiqinə hazırlıq gedir

Avropanın “barıt çəlləyi” kimi tanınan Balkanlarda gərginlik artmaqdadır. Bölgə sürətlə və yenidən dünyanın barıt qoxulu məkanına çevrilmək üzrədir. Son məlumatlara görə, Kosovonun şimalında serblərlə toqquşmalarda azı 75 nəfər xəsarət alıb. Qarşıdurmalarda 50 nəfərin yaralandığı bildirilib.

Fins.az xəbər verir ki, NATO-nun beynəlxalq missiyasının komandiri Ancelo Mişel Ristuçça macar və italyan əsgərlərin hücumların hədəfinə çevrildiyini, 25-ə yaxın əsgərin xəsarət aldığını bildirib. Gərginlik o həddə çatıb ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel Kosovodakı zorakılığı qəbuledilməz adlandırıb, həmçinin tərəfləri dialoqa çağırıb. Aİ diplomatiyasının rəhbəri bu barədə tviterdəki hesabında yazıb.

“Aİ Kosovo hakimiyyətini və etirazçıları vəziyyəti dərhal və qeyd-şərtsiz gərginləşdirməməyə çağırır. Biz tərəflərin məsuliyyətlə hərəkət etmələrini və dialoq vasitəsilə dərhal siyasi həll yolu tapmasını gözləyirik”, - Borrel sosial şəbəkə hesabında yazıb. O, həmçinin qeyd edib ki, mediaya, mülki şəxslərə, polisə və KFOR nümayəndələrinə (Kosovoda sabitliyin təmin olunmasına cavabdeh olan Kosovo Qüvvələri, NATO-nun rəhbərlik etdiyi beynəlxalq qüvvələr) qarşı zorakı hərəkətlər qətiyyən yolverilməzdir.

Kaira Agayeva 

Fins.az