DÜNYA

26 İyul

İsrail Livanla sərhəddəki vəziyyəti matçın 85-ci dəqiqəsi ilə müqayisə edib

"Diplomatiya üçün hələ zaman var. Lakin vaxt getdikcə azalır",- bunu İsrailin Rusiyadakı səfiri Simone Halperin rusiyalı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Fins.az səfirin sözlərinə istinadən xəbər verir ki, yeni silahlı münaqişənin qarşısını almaq üçün beynəlxalq oyunçular, o cümlədən Rusiya İrana təzyiq göstərməlidir.

Bunu İsrailin Rusiyadakı səfiri Simone Halperin rusiyalı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.“Bilirsiniz, futbol 90 dəqiqə oynayır. İnanıram ki, artıq 85-ci dəqiqədəyik. Biz hələ də diplomatiya şansı veririk ki, həmin oyunçular hələ də faktiki olaraq ipləri çəkən İrana təsir göstərsinlər. Amma 85-ci dəqiqə gəlir, biz artıq oyunun sonuna kifayət qədər yaxınıq”, - deyə səfir bildirib. Diplomat qeyd edib ki, bu müddətdən sonra İsrail Hizbullahla genişmiqyaslı müharibəyə girməyə məcbur olacaq.

Halperinin sözlərinə görə, İsrail hakimiyyətinin yeni silahlı münaqişəyə girmək arzusu yoxdur, lakin onların səbri son həddə çatıb. İndi iki mümkün variant var: ya Hizbullah Tehrandan müvafiq əmr alaraq İsrail ərazisini atəşə tutmağı dayandıracaq, ya da İD şimal cəbhəsində genişmiqyaslı müharibəyə başlamaq məcburiyyətində qalacaq. Diplomat bildirib ki, Rusiya İrana təsir gücünə malik olan ölkələr sırasındadır, lakin Moskvanın regionda vəziyyəti sakitləşdirmək səylərini qiymətləndirməkdən imtina edib.

Kaira Ağayeva 

Fins.az