DÜNYA

26 İyul

Putin “Rossiya” mərkəzinin tikintisi üçün plan hazırlamağı tapşırıb

Prezident Vladimir Putin iyulun əvvəlində “Rossiya” milli mərkəzinin yaradılması haqqında fərman imzalayıb. 

Fins.az xəbər verir ki, “Rusiya Federasiyası Prezidentinin Administrasiyası, Moskva hökuməti və “Rossiya” Nailiyyətlər Sərgisinin Direktorluğu” muxtar qeyri-kommersiya təşkilatı ilə birlikdə milli sərgi kompleksinin tikintisi üçün oktyabrın 1-dək tədbirlər planı hazırlamalıdır. "Hesabat 2024-cü il oktyabrın 1-dək təqdim edilməlidir”, - sərəncamın mətnində deyilir.

Sərəncamın icrasına cavabdeh Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, Moskva meri Sergey Sobyanin və Rusiya sərgisinin baş direktoru Natalya Virtuozova təyin edilib. "Rossiya" mərkəzi, sərəncamda qeyd edildiyi kimi, "ölkənin nailiyyətlərini nümayiş etdirmək, milli özünəməxsusluğu möhkəmləndirmək, cəmiyyətdə milli qürur hissini inkişaf etdirmək, uşaqların və gənclərin peşə bacarıqlarını inkişaf etdirmək, xalqın irsini qorumaq məqsədi ilə yaradılmalıdır". Mərkəzin fəaliyyəti federal büdcədən maliyyələşdiriləcək.

Sərəncamda həmçinin qeyd olunur ki, Moskva hökuməti üç ay müddətində Krasnopresnenskaya sahilində yerləşən “Expocentre” sərgi kompleksini pulsuz istifadə üçün təşkilata təhvil verməlidir. Müdirliyə mərkəzin layihələndirilməsi və tikintisini həyata keçirəcək bir təşkilat tapmaq üçün də üç ay vaxt verildi.

Kaira Ağayeva 

Fins.az