DÜNYA

25 İyul

İranda istifadə olunan tibbi avadanlıqların təxminən 50%-i yerli istehsaldır

İranda istifadə olunan tibbi avadanlıqların təxminən 50%-i yerli istehsaldır.

Fins.az xəbər verir ki, bunu İranın Tibbi Avadanlıq Mütəxəssisləri Assosiasiyasının prezidenti Əhməd Müsləmi mətbuat konfransında deyib.

"İran tibbi avadanlıq istehsalında Yaxın Şərqin aparıcı ölkələrindən biridir. İstehsal həcminə görə birinci yerdədir", - o deyib.

“Son beş ildə tibbi avadanlıq istehsal edən şirkətlərin sayı 5 dəfə artaraq 2000-ə çatıb, məhsulların həcmi isə 4 dəfə artıb, ölkədə implantlar, eləcə də müasir tibbi avadanlıqlar istehsal olunur.

Kaira Agayeva 

Fins.az