Biznes

26 İyul

AQTİ-də təlimləri uğurla başa vuran sahibkarlıq subyektlərinin əməkdaşlarına sertifikatlar təqdim olunub

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin sağlamlaşdırılması məqsədilə tədbirləri davam etdirir.

Bu istiqamətdə keçirilən təlimlərdə uğurla iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşları ilə növbəti görüş keçirilib. Qanunvericiliyin tələbləri ilə bağlı təlimlərin yekununda keçirilən imtahanda yüksək nəticə göstərərək müvəffəqiyyət qazanan iştirakçılara növbəti dəfə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları gigiyenik təlimlərə cəlb olunmalıdırlar.

Xatırladaq ki, qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığına dair mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri “1003 – Çağrı Mərkəzi”nə zəng edə bilərlər.