SOSİUM

28 Noyabr

Bu ilin 10 ayında pensiya ödənişləri 10% artıb

2025-ci ilin 10 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 516 mln. manat və ya 10% artımla 5 mlrd. 920 mln. manat vəsait yönəldilib.

Finss.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyaların 8,1% indeksləşdirilərək artırılması, həmçinin fevralın 1-dən minimum pensiyanın 14,3% artımla 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Yanvar-oktyabr aylarında 35 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 173 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Fuad Mədətov
Finss.az