Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 3,21 ABŞ dolları və ya 4,68% artaraq 71,75 ABŞ dollarına yüksəlib. Bundan əvvəl “Azeri Light” markalı neftin bir bareli 68,54 ABŞ dolları səviyyəsində ticarət olunurdu.
Qeyd olunur ki, 2025-ci il üzrə Azərbaycanın dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları həcmində nəzərdə tutulub.
