2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 27,7 milyon ton neft və qaz kondensatı hasil edilib.
Finss.az Energetika Naizirliyinin məlumataına əsasən xəbər verir ki, hasilatın 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”, 3,8 milyon tonu “Şahdəniz”, 0,6 milyon tonu “Abşeron”, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.
Hasilat illik müqayisədə 1,4 milyon ton və ya 4,8% azalıb. Xüsusilə, “Azəri-Çıraq-Günəşli”dən hasilat 0,6 milyon ton (3,6%), “Şahdəniz”dən 0,4 milyon ton (9,5%) azalıb, “Abşeron” yatağından hasilat isə dəyişməz qalıb. SOCAR-ın payına düşən hasilat 0,4 milyon ton və ya 5,3% azalma göstərib.
Fuad Mədətov
Finss.az
