BİRJA

14 Yanvar

Dünya bazarlarında neft ucuzlaşır

“ICE London” qitələrarası birjasında keçirilən son ticarət sessiyasında “Brent” markalı neftin 2026-cı ilin mart ayı üzrə ixrac müqaviləsinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,34% azalaraq bir barel üçün 65,25 ABŞ dolları səviyyəsində formalaşıb.

Finss.az xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin fevral ayı üzrə “WTI” markalı neftin ixrac müqaviləsinin dəyəri 0,33% ucuzlaşaraq bir barel üçün 60,91 ABŞ dolları olub.