Siyasət

25 Dekabr

Pekin ABŞ-ın Asiya-Sakit okean regionunda raket yerləşdirməsini pisləyir

Çinin Filippindəki səfirliyi Filippin hökumətinin Amerikanın MRC Typhon orta mənzilli raket sistemlərini almaq və yerləşdirmək planlarını kəskin tənqid edib.

Finss.az xəbər verir ki, diplomatlar belə hərəkətlərin Asiya-Sakit okean regionunda sabitliyi təhdid etdiyini bildiriblər. 

“Asiya-Sakit okean regionunun Yaponiya, Koreya, Filippində və Tayvanda quraşdırılmış Amerika raketlərinə ehtiyacı yoxdur. Biz Filippini saxta yoldan əl çəkməyə və əvvəlki açıq vədlərə uyğun olaraq raketləri dərhal geri çəkməyə çağırırıq”, - səfirliyin bəyanatında deyilir. Filippin ordusunun rəisi general Roy Qalido deyib ki, MRC Typhon-un alınması Çinlə gərgin münasibətlər şəraitində milli təhlükəsizliyi təmin etmək üçün zəruridir. Lakin Pekin bu addımı hərbi fəallığın artması kimi qiymətləndirir və Manilanı münaqişələrin sülh yolu ilə həllini dəstəkləyən region ölkələrinin fikirlərini nəzərə almağa çağırır.

Kaira Agayeva 
Finss.az