2025-ci ilin dekabr ayında Azərbaycanda internet istifadəçiləri arasında brauzer populyarlığı ilə bağlı statistik məlumatlar açıqlanıb.
Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, Google Chrome bazar liderliyini qoruyub və istifadəçilərin 84,74%-i tərəfindən seçilib, bu göstərici əvvəlki aya nisbətən 2,04 faiz bəndi artım deməkdir.
Dekabr ayında digər internet-brauzerlərin payları belə olub:
- Safari: 6,94% (−0,35 faiz bəndi)
- Samsung Browser: 2,14% (−0,21 faiz bəndi)
- Opera: 1,88% (−0,49 faiz bəndi)
- Microsoft Edge: 1,77% (−0,33 faiz bəndi)
- Yandex Browser: 0,99% (−0,36 faiz bəndi)
- Mozilla Firefox: 0,81% (−0,36 faiz bəndi)
Beləliklə, dekabr ayında Google Chrome istifadəçilərin böyük əksəriyyətinin üstün seçimi olaraq bazarda lider mövqeyini qoruyub, digər brauzerlər isə kiçik azalmalarla paylarını saxlayıblar.
Fuad Mədətov
Finss.az
