2025-ci ilin dekabr ayında Azərbaycanda əməliyyat sistemi bazarında əhəmiyyətli dəyişikliklər qeydə alınıb.
Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, Android əməliyyat sisteminin bazar payı əvvəlki aya nisbətən 3,95 faiz bəndi azalaraq 29,03% təşkil edib.
İkinci yerdə Microsoft Windows məhsulları qərarlaşıb. Onların bazar payı dekabr ayında 38,55% olub ki, bu göstərici noyabr ayı ilə müqayisədə 0,29 faiz bəndi azalma deməkdir.
iOS əməliyyat sistemi üçüncü sıradadır və bazar payı 8,64% təşkil edib. Bu göstərici əvvəlki aya nisbətən 0,54 faiz bəndi azalıb.
Qalan digər əməliyyat sistemlərinin bazar payı isə 23,78% səviyyəsində olub.
Fuad Mədətov
Finss.az
