2025-ci ilin dekabr ayında Azərbaycanda mobil cihaz bazarında lider Apple smartfonları olub.
Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, Apple-ın bazar payı 27,91% təşkil edib. Noyabr ayı ilə müqayisədə bu göstərici 0,24 faiz bəndi, 2024-cü ilin dekabr ayı ilə müqayisədə isə 1,87 faiz bəndi artıb.
İkinci yerdə Samsung smartfonları qərarlaşıb. Bu brendin bazar payı 20,01% olub ki, bu da əvvəlki ayla müqayisədə 0,65 faiz bəndi, 2024-cü ilin dekabr ayına nisbətən isə 3,29 faiz bəndi azalma deməkdir.
Üçüncü pillədə Xiaomi smartfonları yer alıb və bazar payı 10,29% təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 0,21 faiz bəndi, 2024-cü ilin dekabr ayı ilə müqayisədə isə 1,52 faiz bəndi azalıb.
Dördüncü yerdə Unknown smartfonları mövqelənib. Onların bazar payı 9,32% olub ki, bu da bir ay əvvələ nisbətən 0,31 faiz bəndi, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 3,14 faiz bəndi artım göstərir.
Qalan digər smartfonların bazar payı isə 32,47% təşkil edib.
Fuad Mədətov
Finss.az
