2025-ci ilin dekabr ayında Google Azərbaycanda ən populyar axtarış sistemi mövqeyini qoruyub saxlayaraq 83,75% bazar payına malik olub.
Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, Google-un bazar payı oktyabr ayı ilə müqayisədə 4,37 faiz bəndi artıb.
Eyni dövrdə “Yandex” axtarış sisteminin payı 4,48 faiz bəndi azalararaq 13,86% təşkil edib.
Oktyabr ayında “Bing” axtarış sisteminin payı 0,01 faiz bəndi artaraq 1,6%, “Yahoo”nun göstəricisi isə 0,04 faiz bəndi azalaraq 0,27% olub.
Fuad Mədətov
Finss.az
