IKT

14 Yanvar

Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələrin SİYAHISI

2025-ci ilin dekabr ayında Azərbaycan istifadəçilərinin “İnstagram” sosial şəbəkəsində fəallığı əvvəlki ayla müqayisədə 10,19 faiz bəndi azalararaq 36,04% təşkil edib.

Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, ikinci yerdə “Facebook” qərarlaşıb. Hesabat ayında bu platformanın payı 6,79 faiz bəndi artaraq 17,47%-ə çatıb.

Üçüncü yerdə “YouTube” gəlir və onun payı 28,63% olub, bu isə əvvəlki ayla müqayisədə 2,41 faiz bəndi azalma deməkdir.

Dördüncü yerdə “Pinterest” sosial şəbəkəsi yerləşir. Onun yerli bazardakı payı 3,08 faiz bəndi artaraq 8,78%-ə çatıb.

Beşinci sırada “X” media platforması qərarlaşıb və bu platformanın payı 4,01% təşkil edib, ay ərzində 0,45 faiz bəndi azalma müşahidə olunub.

Altıncı yeri “LinkedIn” tutur və göstəricisi 3,87%, bu isə əvvəlki ayla müqayisədə 2,73 faiz bəndi artım deməkdir.

Digər sosial şəbəkələrin bazardakı payı isə 1,20% təşkil edib.

Fuad Mədətov
Finss.az