IKT

14 Yanvar

Microsoft-dan “Community-First” AI təşəbbüsü

Amerika texnologiya nəhəngi Microsoft Corp. ABŞ-da süni intellekt infrastrukturunun inkişaf etdirilməsinə yönəlmiş yeni təşəbbüslə çıxış edib.

Finss.az xəbər verir ki, şirkət ictimai maraqları nəzərə alaraq ABŞ-dakı məlumat mərkəzləri üçün enerji infrastrukturu xərclərini ödəməyi planlaşdırdığını açıqlayıb.

Microsoft-un bloq yazısında qeyd olunur ki, “Community-First” adlanan süni intellekt infrastrukturu layihəsi bir sıra mühüm hədəfləri əhatə edir. Layihənin əsas məqsədləri arasında məlumat mərkəzlərində su istehlakının minimuma endirilməsi, eləcə də bu mərkəzlərin fəaliyyəti nəticəsində elektrik enerjisi qiymətlərinin artmasının qarşısının alınması yer alır.

Şirkət bildirir ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə data mərkəzlərinin enerji və resurslara təsiri cəmiyyət üçün ciddi əhəmiyyət daşıyır. Bu səbəbdən Microsoft AI infrastrukturunun həm ekoloji, həm də sosial baxımdan davamlı olmasına xüsusi diqqət yetirir.

Mütəxəssislərin fikrincə, bu təşəbbüs ABŞ-da süni intellekt sahəsində uzunmüddətli və balanslı inkişaf üçün mühüm addım hesab olunur.