İdman

25 Dekabr

Rusiya klubu Azərbaycanda oynamış futbolçu ilə yollarını ayırıb

Rusiyanın "Ximki" kollektivi "Zirə"nin sabiq futbolçusu Nemanya Ancelkoviçlə yollarını ayırıb.

Finss.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçi baş məşqçi Frank Artiqanın qərarı ilə komandadan göndərilib.

Qeyd edək ki, serbiyalı oyunçu 2021-2023-cü illərdə Azərbaycan klubunun formasını geyinib. Dekabrın 6-da FIFA "Ximki"yə sabiq oyunçuları Besard Saboviçə borcu olduğu üçün 2026-cı ilin yayınadək transfer qadağası qoyub.

Kaira Agayeva 

Finss.az