Fərid Qayıbov: “Qarabağ”a rəqabət lazımdır
Finss.az xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında “Qarabağ”ın çempionluq seriyasını və futbolun inkişafı üçün rəqabətin vacibliyini vurğulayıb. O bildirib ki, “Qarabağ” Avropa səviyyəsində nəticə göstərsə də, daha irəli addımlamaq üçün rəqiblərinin güclənməsi şərtdir.
Nazir həmçinin futbolun ümumi inkişafı üçün “Ulduz” akademiyasının fəaliyyətindən danışaraq, bölgələrdən seçilən perspektivli uşaqların məşqlərə cəlb olunduğunu və bu istiqamətdə işlərin davam etdiyini qeyd edib.
Mateuş Koxalski Polşada 9-cu ən yaxşı qapıçı seçilib
"Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski ölkəsində 2024-cü ilin ən yaxşı 9-cu qapıçısı adına layiq görülüb. "iGol.pl" nəşrinin tərtib etdiyi siyahıda Koxalski 34 xalla yer alıb.
Birinci yeri “Bolonya” klubundan Lukas Skorupski tutarkən, “Barselona”dan Voytsex Şesnı ikinci, “Volfsburq”un qapıçısı Kamil Qrabara üçüncü olub. Qeyd edək ki, Koxalski 2023-cü ilin avqustunda "Qarabağ" klubuna transfer olunub.