Finss.az - Avropa təyyarə istehsalçısı Airbus 2025-ci ildə mülki aviasiya bazarında təhvil vermələrini artırıb. Finss.az xəbər verir ki, şirkət il ərzində dünya üzrə 91 müştəriyə ümumilikdə 793 mülki təyyarə təhvil verib.
Bu göstərici 2024-cü ildə təhvil verilən 766 təyyarə ilə müqayisədə 3,5% artım deməkdir və qlobal aviasiya bazarında tələbatın bərpa olunduğunu göstərir.
Məlumata görə, 2025-ci ildə Airbus dar gövdəli təyyarələr üzrə əsas paya malik olub. Belə ki, şirkət A220 ailəsindən 93 ədəd, A320 ailəsindən isə 607 ədəd təyyarə təhvil verib. Bununla yanaşı, geniş gövdəli təyyarələr seqmentində 36 ədəd A330 və 57 ədəd A350 müştərilərə təqdim olunub.
Mütəxəssislərin fikrincə, dar gövdəli təyyarələrə yüksək tələbat və beynəlxalq uçuşların bərpası Airbus-un istehsal və satış göstəricilərinin artmasına əsas amillərdən biridir.
