ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) açıqladığı aylıq hesabat qlobal neft bazarında tələbatın artmaqda davam etdiyini göstərir.
Finss.az xəbər verir ki, agentliyin hesablamalarına əsasən, 2025-ci ildə qlobal maye karbohidrogen tələbatı əvvəlki illə müqayisədə 1,16 milyon barel artaraq 103,69 milyon barel/gün səviyyəsinə çatacaq.
Qeyd edək ki, EIA bir ay əvvəl bu artımı 1,14 milyon barel/gün səviyyəsində proqnozlaşdırmışdı. Son hesabatda isə proqnoz 20 min barel/gün artırılıb ki, bu da qlobal enerji bazarında tələbatın gözləniləndən daha yüksək ola biləcəyini göstərir.
Agentliyin cari proqnozuna görə, qlobal neft tələbatı 2024-cü ildə 102,53 milyon barel/gün, 2025-ci ildə 103,69 milyon barel/gün, 2026-cı ildə isə 104,82 milyon barel/gün təşkil edəcək. Bu göstəricilər əvvəlki qiymətləndirmələrlə müqayisədə müəyyən qədər aşağı reviziya olunsa da, ümumi artım trendinin qorunduğu bildirilir.
Mütəxəssislərin fikrincə, qlobal iqtisadi aktivliyin artması və enerji istehlakının yüksəlməsi yaxın illərdə neft bazarında əsas müəyyənedici amillərdən biri olacaq.
