DÜNYA

26 Noyabr

Almaniya hökuməti büdcə böhranının həlli üçün mübarizə aparır

Almaniya Konstitusiya Məhkəməsinin borc əyləci ilə bağlı verdiyi qərardan sonra Almaniya koalisiya hökuməti hələ də büdcə böhranına çarə tapmaqda çətinlik çəkir.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, oktyabrın 15-də Almaniya Konstitusiya Məhkəməsi Almaniya koalisiya hökumətinin yeni növ koronavirus (Covid-19) epidemiyasından istifadə olunmamış 60 milyard avroluq krediti iqlim fonduna köçürmək qərarını konstitusiyaya zidd hesab edib.

Qərardan sonra Almaniya federal hökuməti mübahisəli büdcə ilə bağlı çətin qərarlarla üzləşib.

Sosial Demokrat Partiyası (SPD), Yaşıllar Partiyası və Azad Demokrat Partiyasının (FDP) yaratdığı koalisiya hökuməti məhkəmənin qərarından sonra 2023 və 2024-cü il federal büdcələrini konstitusiyaya uyğun hazırlamağa çalışır.

İqtisadçılar deyirlər ki, məhkəmənin qərarı federal hökuməti bu qanunvericilik sessiyasının ən böyük iqtisadi siyasət problemi ilə üz-üzə qoyur.

Günel Məlikzadə
Fins.az