İsrailin Qəzza zolağına hücumları 37 gündür davam edərkən, Almaniya kansleri Olaf Şolz beynəlxalq ictimaiyyətin Qəzza zolağında atəşkəs çağırışına qarşı olduğunu açıqlayıb.
Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, müzakirə proqramında verdiyi açıqlamada Scholz, "Dərhal atəşkəs və ya uzunmüddətli fasilə çağırışlarının doğru olduğunu düşünmürəm. Bu, son nəticədə İsrailin HƏMAS-a yeni raketlər əldə etmək və bərpa etmək fürsəti verməsi anlamına gələcək. Atəşkəs əvəzinə "humanitar pauza" lazımdır" dedi və çağırış etdi.
Günel Məlikzadə
Fins.az