DÜNYA

13 Noyabr

Gərginlik pik həddədir! ABŞ Suriyanı vurub

İsrailin blokadası və intensiv bombardmanları altında olan Qəzza zolağındakı Qüds Xəstəxanası yanacaq tükənməsi və elektrik enerjisinin kəsilməsi səbəbindən tamamilə xidmətdən çıxıb. Bölgədəki hərbi mövcudluğunu artıran ABŞ-dan yeni bir addım gəldi. ABŞ ordusu Suriyaya hava zərbəsi endirib. Açıqlamada “İran dəstəkli milislərin” hədəf alındığı vurğulanıb. ABŞ mətbuatı bu açıqlamanı İrana mesaj kimi şərh edərkən, Ağ Ev İsrailə "Biz xəstəxanalarda qarşıdurma görmək istəmirik" deyə çağırıb.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, gərginlik artdıqca ABŞ hava hücumları Suriyanın şərqində İran silahlı qüvvələrini hədəfə alır ABŞ müdafiə naziri Lloyd Ostinin sözlərinə görə, bazar günü gecə ABŞ hava hücumları Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsində İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və İranın dəstəklədiyi silahlı qruplaşmalara məxsus əraziləri hədəf alıb.

Suriyanın şərqində ABŞ-ın hücumu zamanı 6-7 iranpərəst döyüşçü öldürülüb. Qriffin Pentaqondakı mənbəyə istinadən bildirib ki, iki partlayışdan birində İranın təhlükəsiz evinə zərbə endirilib.

Hücumlardan birinin Deyr əz-Zor əyalətindəki Albu Kamalın qərbində iranpərəst milislərin idarə etdiyi düşərgəyə, digərinin isə İraq sərhədinə yaxın Mayadin şəhəri yaxınlığında bir gəlini vurduğu bildirilir.

Günel Məlikzadə
Fins.az