DÜNYA

05 Noyabr

FTX-nin keçmiş baş direktoru “fırıldaqçılıq” işində təqsirli bilinib

FTX-in təsisçisi və keçmiş Baş İcraçı Direktoru (CEO) Sam Bankman-Fried, fırıldaqçılıq və çirkli pulların yuyulmasında mühakimə olunduğu cinayət işində münsiflər heyəti tərəfindən "günahkar" bilinib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, münsiflər heyəti Manhetten Federal Məhkəməsində bir aydır davam edən işdə FTX müştərilərinin 8 milyard dollardan çox pulunun itirildiyini və Bankman-Friedin bu pulu ört-basdır etdiyini və FTX investorlarını aldatdığını iddia edərək hökm çıxarıb. 

Dörd saatdan çox müzakirə etdikdən sonra münsiflər heyəti keçmiş baş direktoru 7 cinayətdə, o cümlədən məftil fırıldaqçılığı, qiymətli kağızlarla fırıldaqçılıq və çirkli pulların yuyulmasında "günahkar" bilib.

Bankmen-Fridin cəzasını hakim Lyuis Kaplan daha sonra müəyyən edəcək.

 

Günel Məlikzadə
Fins.az