DÜNYA

02 Noyabr

Almaniyada məşğulluq son 32 ilin ən yüksək səviyyəsində

Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqladığı müvəqqəti məlumatlara görə, ölkədə məşğulluq avqust ayı ilə müqayisədə sentyabr ayında 247 min nəfər artıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki,Sentyabrda ölkədə ümumi məşğulluq 46 milyon nəfərə yüksəldi və bununla da Şərqi və Qərbi Almaniyanın birləşdiyi 1990-cı ildən bəri ən yüksək göstəriciyə çatıb. Bundan əlavə, yeni zirvə 2022-ci ilin noyabrında görülən rekord məşğulluq nisbətini 0,3 faiz bəndi üstələyib.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesablama metoduna görə, ölkədə 2022-ci ilin sentyabr ayında 2,9 faiz olan işsizlik bu ilin eyni dövründə 3 faizə yüksəlib. İşsizlərin sayı 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 48 min nəfər (3,7 faiz) artaraq 1,34 milyon nəfərə çatıb.

Günel Məlikzadə
Fins.az