DÜNYA

02 Noyabr

ABŞ-da işsizliklə bağlı müraciətlərin sayı 6 həftədir ki, artır

ABŞ Əmək Departamenti işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, işsizliklə bağlı müraciətlər ardıcıl altıncı həftədir ki, artıb. Bu, işini itirənlərin yeni iş tapmaqda daha çox çətinlik çəkdiyini göstərib.

Ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 28 oktyabrda bitən həftədə əvvəlki həftəyə görə 5 min artaraq 217 minə çatıb. Bazar gözləntisi müraciət sayının 210 min olacağı idi.

Digər tərəfdən, işsizlik müavinəti müraciətlərinə bağlı əvvəlki həftənin məlumatları 210 mindən 212 minə revize edilib.

Davam edən işsizlik müavinəti müraciətlərinin sayı 21 oktyabrla bitən həftədə 35 min adam artaraq 1 milyon 818 minə çatıb. Müraciət sayının 1800 olaraq açıqlanması gözlənilib.

 

Günel Məlikzadə
Fins.az