Dünən Ağ Ev tərəfindən verilən açıqlamada, prezident Co Baydenin noyabr ayında Çin Dövlət Başçısı Xi Jinping ilə görüşəcəyi açıqlanıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı dünyanın iki ən böyük iqtisadiyyatının liderlərinin görüşəcəyi gözlənilir.
Ağ Evin mətbuat katibi Karine Jean-Pierre mətbuat konfransında deyib: "Gərgin rəqabət gərgin diplomatiya deməkdir. Bizim siyasətimiz və Çinlə irəliləyişimiz dəyişməyib".
Jean-Pierre, Baydenin gündəliyi ilə bağlı onun Si ilə "sərt görüşü" gözlənildiyi istisna olmaqla, təfərrüatları verməkdən imtina edib.
Günel Məlikzadə
Fins.az