JPMorgan Chase Co.-nun rüblük qazanc mövsümünə başlamasından 11 ticarət günü keçib. SP 500 İndeksi bu seansların doqquzunda düşüb, dörd seansda itki 1 faizi ötüb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, satışları və səhm başına qazancları analitiklərin gözləntilərindən aşağı olan şirkət səhmlərinin balans hesabatının açıqlanmasından sonrakı ticarət günündə orta hesabla azalması SP 500 indeksində eyni dövrdə yaşanan itkini 5,7% üstələyib.
Bu, 2017-ci ildən bəri ən yüksək səviyyə olub. Qlobal bazarlardakı son dalğalanmaların arxasında Yaxın Şərqdəki qarşıdurmalar, FED-in faiz dərəcəsi və 10 illik xəzinə faizlərinin 5%-ə çatması kimi faktorlar dayansa da, gözləntilərə cavab verməyən balanslar da “duz-istiot” effekti yaradıb.
Evercore ISI-dən Rich Ross, "Makro bazarda hökmranlıq etməyə davam edir və gözləntilərə cavab verməyən balans hesabatlarına reaksiya adi reaksiyadan daha mənfi olub" deyib. "Daha geniş nöqteyi-nəzərdən bu, təkcə cari vəziyyətlə bağlı deyil, həm də gələn ilin proqnozlaşdırılması ilə bağlı qeyri-müəyyənliyi əks etdirir" deyə əlavə edib.
Günel Məlikzadə
Fins.az