DÜNYA

27 Oktyabr

İspaniya iqtisadiyyatı üçüncü rübdə bir qədər yavaşlayıb

İspaniya iqtisadiyyatı üçüncü rübdə bir qədər yavaşlayıb, investisiyaların azalması turizmdəki canlanmanı kompensasiya edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, INE statistika agentliyinin bu gün dərc etdiyi məlumatlara görə, ümumi daxili məhsul əvvəlki üç aydan 0.3% artıb.

Bu, ikinci rübdəki 0,4%-dən aşağıdır, lakin analitiklər arasında keçirilən sorğuda 0,2%-lik median təxminindən çoxdur.
Günel Məlikzadə
Fins.az