ABŞ ordusu Suriyanın şərqində İran İnqilab Keşikçiləri Korpusunun və İranın dəstəklədiyi qrupların istifadə etdiyi obyektlərə zərbələr endirib.
Fins.az CNN-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə naziri Lloyd Austin, hücumların İraq və Suriyada ABŞ personalına qarşı davam edən və əsasən uğursuz hücumlara cavab olduğunu açıqlayıb. Pentaqon hücumların davam edəcəyi təqdirdə əlavə tədbirlər görəcəyini də açıqlayıb.
AFP xəbər agentliyinə danışan yüksək rütbəli hərbi səlahiyyətli, həssas hücumların Bukamal yaxınlığında iki F-16 döyüş təyyarəsi tərəfindən həyata keçirildiyini, vurulan obyektlərin silah və sursat anbarları olduğunu bildirib.
Ağ Evdən verilən açıqlamada isə ABŞ prezidenti Co Baydenin İranın dini lideri Ayətullah Əli Xameneiyə Yaxın Şərqdəki ABŞ qüvvələrini hədəf almaması ilə bağlı xəbərdarlıq etdiyi qeyd edilib. ABŞ Milli Təhlükəsizlik sözçüsü Con Kirbi “Mesaj birbaşa çatdırılıb” deyib.
Günel Məlikzadə
Fins.az