DÜNYA

26 Oktyabr

Rusiyadan ağ ət məhsullarının ixracına QADAĞA

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin hökumətə təqdim etdiyi layihəyə əsasən, müxtəlif ağ ət məhsulları və yumurtaların ixracının 6 ay müddətinə dayandırılması təklif edilib.

Fins.az xəbər verir ki, bu qadağanın məqsədi daxili bazarda mümkün kəsrin qarşısını almaq və qiymətlərdə sabitliyi təmin etməkdir.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, son bir ildə ölkədə ağ ət məhsullarının qiymətində 25,3 faiz artım olub.

Məhəbbət Məmmədov
Fins.az