DÜNYA

26 Oktyabr

ABŞ iqtisadiyyatı 2 ilin zirvəsinə çatıb

ABŞ iqtisadiyyatı ötən rübdə istehlak xərclərinin artması ilə təqribən iki ilin ən yüksək tempi ilə böyüyüb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün hökumətin ilkin hesablamalarına görə, ümumi daxili məhsul illik 4,9 faizə qədər sürətlənib. Bbu da ikinci rübdəki tempi iki dəfədən çox artım deməkdir. İqtisadiyyatın əsas artım mühərriki olan şəxsi xərclər də 4 faiz artaraq 2021-ci ildən bəri ən böyük artım olub.

Bununla belə, əsas inflyasiyanın yaxından izlənilən ölçüsü olan PCE Qiymət İndeksi də 2020-ci ildən bəri ən yavaş tempi olan 2,4 faizə düşüb.

Dünyanın ən böyük iqtisadiyyatı yüksək qiymətlər və borclanma xərclərinin sürətlə artması fonunda möhkəm dayanıb. Proqnozlaşdırıcıların gözləntilərini dəfələrlə üstələyib və tənəzzül qorxularını azaldıb.

Bu dayanıqlığın arxasında duran əsas amil əmək bazarının davamlı olaraq güclü performansı olub. Ev təsərrüfatlarının tələbi artırmağa davam edir.

İqtisadi sürətin dördüncü rübdə də davam etməsinin FED rəsmilərinin qarşıdakı dövrdə yenidən faiz artırıb artırmayacağına qərar verəcəyi düşünülür.

Bir çox iqtisadçı borclanma xərcləri böyük malların alışını məhdudlaşdırdığından və tələbə krediti ödənişləri bərpa olunduğundan ilin son aylarında artımın yavaşlamasını gözləyir.

Digər tərəfdən, tələbin güclü qalacağı təqdirdə inflyasiyanın FED-in 2 faizlik hədəfinin üzərində qalma riskinin ola biləcəyi və daha sərt pul siyasətinin tələb oluna biləcəyi ifadə edilir.

Gələn həftə keçiriləcək iclasda siyasətçilərin faiz dərəcəsini dəyişməz saxlaması gözlənilsə də, bəzi rəsmilər hökumətin borclanma xərclərinin sürətlə artması səbəbindən ehtiyatlı olmağa çağırır.

ABŞ-da 10 illik istiqrazların faizi bu həftənin əvvəlində 16 ildən sonra ilk dəfə 5 faizdən yuxarı qalxıb.

FED sədri Jerome Powell, ötən həftə verdiyi açıqlamada faiz dərəcələrini təyin edən Federal Açıq Bazar Komitəsinə istinad edərək, "Qazandığımız qeyri-müəyyənlikləri, riskləri və irəliləyişləri nəzərə alaraq, komitə ehtiyatlı hərəkət edir" deyib.

Hələlik məlumatlar göstərir ki, inflyasiyanın aşağı düşməsi davam edir. Fed-in yaxından təqib etdiyi və dəyişkən qida və enerji xərclərini nəzərə almayan Şəxsi İstehlak Xərcləri (PCE) indeksi üçüncü rübdə  2,5% gözləntisinin altında  2,4% olub.

Günel Məlikzadə
Fins.az