ABŞ Maliyyə Nazirliyi tərəfindən verilən açıqlamada, Maliyyə İşçi Qrupunun hər iki ölkə üçün maliyyə siyasəti məsələlərini müzakirə etmək və ortaq problemlər üzərində əməkdaşlıq etmək üçün davamlı kanal rolunu oynadığı bildirilib.
Fins.az xəbər verir ki, iki saat davam edən görüşdə yerli və qlobal maliyyə sabitliyi, maliyyə nəzarəti və tənzimlənməsi, davamlı maliyyələşdirmə, çirkli pulların yuyulmasının qarşısının alınması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mövzularında geniş müzakirə aparılıb.
Açıqlamada bildirilib ki, iclasa ABŞ Maliyyə Nazirliyi və Çin Mərkəzi Bankının yüksək vəzifəli şəxsləri rəhbərlik edib. ABŞ rəsmiləri fikir ayrılıqlarının olduğu sahələri açıq şəkildə ifadə ediblər.
Bazar ertəsi ABŞ və Çin İqtisadi İşçi Qrupunun ilk iclasını keçirib.
Xəzinədarlıq Nazirliyindən verilən açıqlamada bildirilib ki, təxminən iki saat davam edən görüşdə nümayəndə heyətləri daxili və qlobal makroiqtisadi inkişaflar da daxil olmaqla mövzular ətrafında məhsuldar və əhatəli müzakirələr aparıblar.
İki ölkə arasında iqtisadi və maliyyə işçi qrupları sentyabrda ABŞ-ın maliyyə naziri Canet Yellenin iyulda Pekinə səfərindən sonra yaradılıb.
Fins.az