Polşanın Avropayönlü müxalifəti Donald Tuski baş nazirliyə namizəd kimi irəli sürüb, partiyaların 15 oktyabr seçkilərində səs çoxluğu qazandıqdan sonra hakimiyyətin ötürülməsini sürətləndirmək üçün prezidentə təzyiqləri gücləndirib.
Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, müxalifət kampaniyasını idarə edən Avropa Şurasının keçmiş prezidenti Tusk yenidən vəzifəyə gəlmək üçün gözləməli ola bilər. Prezident Anjey Duda hakim Qanun və Ədalət partiyasına ən çox səs topladıqdan sonra hökuməti qurmaq üçün ilk şansı verəcəyinə işarə edib.
Günel Məlikzadə
Fins.az