DÜNYA

24 Oktyabr

Almaniyada istehlakçı inamı üçüncü aydır ki, aşağı düşüb

Baş ofisi Almaniyada yerləşən bazar araşdırması şirkəti GfK və Nürnberq Bazar Qərarları İnstitutu tərəfindən hazırlanan İstehlakçı Güvən İndeksi gələn ay üçün nəticələri açıqlanıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, sentyabrda bu ay üçün mənfi 26,7 bal olaraq ölçülən İstehlakçı Güvən İndeksinin noyabr ayı üçün 1,4 bal azalaraq mənfi 28,1-ə düşdüyü ifadə edilib. Beləliklə, indeks ardıcıl üçüncü aydır ki, enişini davam etdirir.

Gözləntilər indeksin mənfi 26,5 olacağı idi.

GfK tədqiqatçısı Rolf Buerkl, məlumatları qiymətləndirərkən, "Ardıcıl üç aylıq azalma ilə İstehlakçı Güvənin ilin sonuna qədər bərpa olunacağına ümid edir" deyib.

Yüksək ərzaq qiymətlərinin Almaniyada ev təsərrüfatlarının alıcılıq qabiliyyətini zəiflətdiyini ifadə edən Buerkl, "Bu, xüsusi istehlakın 2023-cü ildə iqtisadi böyümənin lokomotivi olmamasını təmin edir" deyib.

GfK-nın məlumatına görə, əvvəlki ayda yığım meyli 8 bənddən 8,5 bəndədək artarkən, istehlakçıların gəlir gözləntiləri 4 bənd azalaraq mənfi 15,3-ə düşüb.

Günel Məlikzadə
Fins.az