ABŞ Maliyyə Nazirliyinin büdcə balansı hesabatına görə, federal hökumətin büdcə kəsiri 2023-cü maliyyə ilində keçən illə müqayisədə 23 faiz artaraq 1,7 trilyon dollara çatıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, federal hökumətin ölkədəki büdcə kəsiri 2022-ci maliyyə ilində 1,4 trilyon dollar olaraq qeydə alınıb.
2023-cü maliyyə ilində federal hökumətin gəlirləri keçən ilə nisbətən 9,3% azalaraq 4,4 trilyon dollara düşərkən, eyni dövrdə xərcləri 2,2 faiz azalaraq 6,1 trilyon dollara düşüb. Bu dövrdəki büdcə kəsiri, Covid-19 pandemiyası səbəbiylə ABŞ hökumətinin 2021-ci maliyyə ilində 2.8 trilyon dollarlıq ikinci ən böyük büdcə kəsirindən bəri qeydə alınan ən böyük kəsir idi.
ABŞ federal hökuməti, Covid-19 epidemiyası səbəbiylə istehlakçılara və müəssisələrə göstərilən yardımın təsiri səbəbindən 2020 maliyyə ilində 3,1 trilyon dollarlıq rekord büdcə kəsiri ilə üzləşib. ABŞ prezidenti Co Baydenin vəzifədə olduğu ilk iki ildə Covid-19 xərclərinin azalması səbəbindən büdcə kəsirində ardıcıl azalmalardan sonra 2023-cü maliyyə ilində yeni artımın olması diqqət çəkib.
Günel Məlikzadə
Fins.az
