DÜNYA

24 Oktyabr

Avrozonada iqtisadi aktivlik gözləntilərin altında

Avro Bölgəsinin istehsal və xidmət sektorlarında aktivliyi ölçən Satınalma Menecerləri İndeksinin (PMI) oktyabr ayı yekun məlumatları açıqlanıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Avrozonada özəl sektorun fəaliyyəti 2023-cü ilin son rübünə başqa bir tutqun mənzərə ilə başlayıb. Bu, region iqtisadiyyatının tənəzzüldə ola biləcəyini göstərir. SP Global, oktyabr ayında PMI enişinin Avrozonada geniş əsaslı olduğunu bildirib.

Avrozonada istehsal PMI oktyabr ayında gözləntilərin altında 43,0 olaraq açıqlanıb. Bloomberg-in gözlənti sorğusuna görə, oktyabr ayında istehsal PMI-nin 43,7 olacağı gözlənirdi. Sentyabrda istehsal PMI 43,4 olub.

Avrozonada kompozit PMI oktyabr ayında 46,5 ilə üç ilin ən aşağı səviyyəsinə düşüb. Gözləntilərin altında açıqlanan kompozit PMI-nin oktyabr ayında 47,4 olacağı gözlənilirdi.

Digər tərəfdən, Avrozonada xidmət PMI oktyabr ayında gözləntilərin altında 47,8 olaraq açıqlanıb. Gözləntilər, xidmət PMI-nin 48.6 olacağı idi.

Günel Məlikzadə
Fins.az