DÜNYA

23 Oktyabr

Putin və Zelenski həlledici qış müharibəsi ilə üz-üzədir

Ukrayna və Rusiya müharibədə irəliləyişin yekun qələbə üçün kritik əhəmiyyət kəsb edə biləcəyini yaxşı dərk edərək, gərgin qış döyüşünə hazırlaşır.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, qlobal diqqəti dərinləşən İsrail-Həmas müharibəsinə yönəldən Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, onun qüvvələri Rusiyanın işğalını məğlub etmək, beynəlxalq dəstəyi saxlamaq üçün “hər gün” irəli getməlidir.

ABŞ və Avropanın diqqətini İsrail və Qəzzadakı hadisələrdən yayındırdığı bir vaxtda Kremlin strategiyası müharibə yorğunluğunun Ukraynayaya hərbi dəstəyi azaltmasını gözləməkdir. Həmçinin, Putin qüvvələrinin ələ keçirdiyi əraziləri saxlamasına imkan verməkdir.

Hər iki lider ciddi risklərlə üzləşir.

Rusiyada mart ayında keçiriləcək prezident seçkiləri yaxınlaşır. Əksər ruslar Putinin ağır sanksiyalara məruz qalmış iqtisadiyyatında özünü yoxsul hiss edir. 

Günel Məlikzadə
Fins.az