DÜNYA

23 Oktyabr

Roche-dan 7,1 milyard dollarlıq alış

Roche tərəfindən edilən açıqlamaya görə, şirkətin idarə heyəti ABŞ-ın biotexnoloji şirkətləri Roivant Holdings və Pfizer-ə məxsus Telavant Holdinqin 7,1 milyard dollara satın alınması ilə bağlı razılaşmanı təsdiqləyib. Bundan əlavə, Roche əlavə olaraq 150 milyon dollar ödəyəcək.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, müqavilənin lazımi icazələr alındıqdan sonra 2024-cü ilin birinci rübündə tamamlanacağı gözlənilir.

Alqı-satqı müqaviləsinə əsasən, Roche ABŞ və Yaponiyada RVT-3101 adlı eksperimental anticisim hazırlamaq, istehsal etmək və kommersiyalaşdırmaq hüququ əldə edəcək.

İltihabi bağırsaq xəstəliyi bağırsaqların daxili selikli qişasının iltihabı nəticəsində yaranan sağlamlıq problemi kimi tanınır. İmmunitet sisteminin zəifləməsi, qeyri-kafi qidalanma, siqaret, alkoqol, stress, genetika və bəzi dərmanlardan istifadə bağırsaq iltihabının səbəblərindəndir.

Roche görə, dünyada təxminən 8 milyon insana iltihablı bağırsaq xəstəliyi diaqnozu qoyulub.

Bu arada Roche, RVT-3101-in bir çox başqa xəstəliklərin müalicəsində də istifadə olunma potensialına malik olduğunu bildirib.

Günel Məlikzadə
Fins.az