DÜNYA

23 Oktyabr

Çindən yeni araşdırma dalğası

Çin dövlət mediası Foxconn-a qarşı vergi yoxlamalarının aparıldığını və torpaqdan istifadə ilə də bağlı araşdırma aparıldığını açıqlayıb.

Fins.az xəbər verir ki, iPhone tədarük zəncirində əhəmiyyətli bir mövqeyə sahib olan Tayvan mərkəzli Foxconn səlahiyyətlilərlə əməkdaşlıq etdiyini açıqlayıb.

Foxconn səhmləri üç aydan çox müddətdə ucuzlaşıb. Onun Şanxayda siyahıya alınmış törəmə şirkəti Foxconn Industrial Internet Company isə 10% dəyər itirib.

Başqa bir araşdırmada isə dünyanın ən böyük reklam şirkətlərindən biri olan WPP-nin bir meneceri və iki əməkdaşının saxlanıldığı bildirilib.

“Nikkei” qəzeti dünən Çində Yaponiyanın qiymətli metal ticarəti şirkətinin əməkdaşının saxlanıldığını bildirib. Daha əvvəl də əcnəbi rəhbərlərin həbs olunduğu Çin, ümumiyyətlə, uzun müddətdir ki, istintaqın səbəblərini ictimaiyyətə açıqlamır.

Günel Məlikzadə
Fins.az